“Problem heç də Ermənistan və Rusiya xalqları arasında münasibətlərin gərginləşməsində deyil. İrəvan anlamalıdır ki, Rusiyasız Ermənistan olmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu Moskvada keçirilən “Rusiya-Ermənistan” ikinci ictimai forumunda Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib:
“Ermənistanın indiki siyasi rəhbərliyi isə fərqli düşünür və Qərblə yaxınlaşma kursu aparır. İndi biz Qərblə praktiki olaraq müharibə vəziyyətində olduğumuz üçün burada mütləq müəyyən siyasi gərginlik var. Amma mənə elə gəlir ki, heç bir hökumət, hətta indiki kimi dinamik və qərbyönümlü hakimiyyət də erməni xalqının dəstəkləməyəcəyi kursu davam etdirə bilməyəcək. Biz dialoqa hazırıq, top Ermənistanın tərəfindədir. Ermənistanda Qərbdən maliyyə alan 2500-dən çox QHT var və onlar anti-Rusiya münasibəti təbliğ edir. Ermənistanda əsas problem Qərblə faydalı əməkdaşlıq illüziyası və Avropa yönümlü kursdur. Bunu isə Paşinyan və tərəfdaşları düzgün hesab edirlər”,-deyə Tolstoy bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az