Qəbələdə qanunsuz yolla kömür istehsal edən şəxslər müəyyən olundu – FOTObackend

Qəbələdə qanunsuz yolla kömür istehsal edən şəxslər müəyyən olundu - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Məmmədağalı və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkar edilib.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri – Dilarə Zamanova, Sahil və Turxan Hüseynovlar, eləcə də Tural Məsimbəyli olduqları müəyyən edilib.

Onların barəsində protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*