Fransanın Vətənpərvərlər Partiyasının sədri Florian Filippot ölkəsinin NATO-dan çıxması ilə bağlı növbəti çağırışını edib.
KONKRET.az xəbər verir ki, bu barədə o özünün “X” hesabında paylaşımından qeyd edib ki, ABŞ-nin Ukraynan Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsindən sonra Qərb alyansdan imtina etməlidir.
“Bizə hakimiyyəti öz əllərinə almaq və NATO-dan birdəfəlik xilas olmaq üçün ağıllı insanlara ehtiyacımız var”, – deyə siyasətçi vurğulayıb.
Filipponun sözlərinə görə, ABŞ öz qərarı ilə üçüncü dünya müharibəsini başlatmağa çalışır.
Məlik,
KONKRET.az