Qətər Suriyada səfirlik açacaqbackend

Qətər Suriyada səfirlik açacaq

Qətər HTŞ-nin idarə etdiyi Suriyada yeni səfirlik açacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bəyanatda bildirilir ki, bu addım iki ölkə arasında sıx tarixi qardaşlıq bağlarını gücləndirmək məqsədi daşıyır.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib ki, “Lazımi tədbirlər tamamlandıqdan sonra qardaş Suriya Ərəb Respublikasındakı səfirliyimizi tezliklə açacağıq. Qətər hazırda Suriya xalqına verdiyi humanitar yardımı artıqmaq istəyir.

Qeyd edək ki, 2011-ci ilin iyulunda Əsəd rəhbərliyinə qarşı başlayan üsyan vətəndaş müharibəsinə çevrildikdən sonra Qətər Dəməşqdəki səfirini geri çağırıb və səfirliyini bağlayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*