Qırğızıstan ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tələfat və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, yanvarın 27-də Qırğızıstanda 4,6 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə Qazaxıstanla sərhəd yaxınlığında baş verib.
Xatırladaq ki, fevralın 6-da Türkiyə və Suriyada 7,7 bal gücündə zəlzələ baş verib. Minlərlə insan həlak olub, hələ də dağıntılar altında qalanlar var.
