Qubada ayı hücumu olub – YENİLƏNİBbackend

Qubada ayı hücumu olub - YENİLƏNİB

Qubada ayı təsərrüfat sahibinə hücum edib.

KONKRET.az xəbər verir ki, “Unikal”ın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

Belə ki, rayonun Vladimirovka kənd sakini 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb.

Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, bundan öncə ayılar Xanagah, Qımılqazma və Səbətlər kəndində təsərrüfatlara zərər verib.

19:58

Qubada ayı təsərrüfata hücum edib.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

Belə ki, rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.

Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*