Qubada gənc tikinti zamanı uçan hasarın altında qalaraq ölübbackend

Qubada gənc tikinti zamanı uçan hasarın altında qalaraq ölüb

Qubada bədbəxt hadisə zamanı bir nəfər ölüb.

KONKRET.az-ın şimal bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Alpan kəndində baş verib.

1998-ci il təvəllüdlü Səxavət Səfərov yaşadığı evin daş hasarını tikirmiş. S.Səfərov iş görən zaman daş hasar uçaraq onun üzərinə düşüb. Ağır xəsarət alan S.Səfərov xəstəxanaya aparılarkən yolda ölüb.

Fakt rayon prokurorluğu tərəfindən araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*