Trampla münasibətdə olan keçmiş porno ulduz danışdı – FOTOLARbackend

Trampla münasibətdə olan keçmiş porno ulduz danışdı - FOTOLAR

ABŞ-ın keçmiş prezidenti Trampla qeyri-qanuni münasibətdə olduğunu və 2016-cı il prezident seçkilərindən əvvəl bu münasibətdən danışmamaq üçün ona pul verildiyini iddia edən keçmiş porno ulduz Stormi Daniels hakim qarşısına çıxıb.

KONKRET.az xəbər verir ki, onun açıqlamaları ABŞ-da noyabrda keçiriləcək seçkilərdə Donald Trampı ölkə gündəminə çevirib.

Porno ulduz Stormi Danielsin açıqlamaları böyük sensasiya yaradıb.

Onun “Tramp yatağa girmədən məni qızına çox oxşatmışdı. İvanka kimi ağıllı və sarışın olduğumu və insanların onu qiymətləndirmədiyini vurğulamışdı”, – sözləri mediada bomba kimi partlayıb.

Əsl adı Stefani Klifford olan Daniels uzun müddətdən sonra ilk dəfə Trampla məhkəmədə qarşılaşıb. İkisinin qolf turniri zamanı tanış olduğu ifadə edilib və Trampın Danielsə tez-tez “sən çox ağıllısan” kimi komplimentlər dediyi qeyd edilib.

Trampın daha sonra Danielsi otelə dəvət etdiyi də məhkəmədə xüsusi vurğulanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*