Gözəllik kraliçası tacından imtina etdibackend

Gözəllik kraliçası tacından imtina etdi

ABŞ-ın gözəllik kraliçası Noelia Voigt tacından imtina etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, Venesuela əsilli 24 yaşlı gözəlin psixi sağlamlıq problemlərinə görə bu qərarı verdiyi bildirilib. 

Sentyabr ayında keçirilən yarışmada birinci olan Voig, İnstaqram hesabından paylaşdığı mesajda psixi sağlamlığı üçün bir qərara gəldiyini açıqlayıb: “Sağlamlığımız bizim xəzinəmizdir. Fiziki və ruhi sağlamlığınızdan ötrü heç vaxt güzəştə getməyin!”. 

Kraliça seçildikdən sonra həyatının dəyişdiyini və yaxşı təcrübələr yaşadığını qeyd edən gənc qadın həyatında yeni bir dövrə başlamaq istədiyini bildirib.

“Miss USA” idarə heyəti də Voigtun qərarını dəstəklədiyini bildirib. İdarə heyəti “kraliça” vadına yeni namizədin müəyyən ediləcəyini açıqlayıb. 

Qeyd edək ki, keçən ilki müsabiqədə Havaydan olan Savanna Qankieviç yeni kraliça ola bilər.

Günel Mikyılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*