Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırdıbackend

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırdı

Qusarda qəza törədən minik avtomobili rabitə xətlərinə ziyan vurub.

KONKRET.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobili rayon mərkəzindən Balaqusar kəndinə gedən yolda idarəetmənin itirilməsi nəticəsində aşıb.

Qəza zamanı xəsarət alan olmasa da su kanalına düşən avtomobil rabitə və yeni çəkilən internet xətlərinin dirəklərini aşırıb.

Qusar Telekommunikasiya Qovşağınından bildirilib ki, idarənin əməkdaşları hadisə yerində olub, fəsadlar aradan qaldırlıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*