“Putinin Paşinyanla söhbəti asan olmayacaq” – Markedonovbackend

"Putinin Paşinyanla söhbəti asan olmayacaq" - Markedonov

“Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş asan olmayacaq”.

KONKRET.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markedonov belə deyib.

O bildirib ki, görüş bir çox məsələlərin həllinə kömək edəcək.

“Bir tərəfdən, İrəvan artıq bir neçə aydır ki, nümayişkaranə şəkildə “kollektiv Qərb”lə münasibətlərini genişləndirir. Bütün bunlar “şaxələndirmə” adı altında edilsə də, əsl məna hər kəsə aydındır. ABŞ, Aİ, NATO və ayrı-ayrı Aİ ölkələri (xüsusilə Fransa, Yunanıstan və Almaniya) ilə rabitə kanalları qurulur. Bütün bunlar Ermənistanın KTMT layihəsində iştirakının dondurulması fonunda baş verir”, – deyə politoloq əlavə edib.

O bildirib ki, son bir neçə ildə İrəvanın yanaşmasında çox şey dəyişib:

“Buna görə də, Putinin Paşinyanla söhbəti asan olmayacaq. Lakin ümumilikdə Avrasiya siyasətinin, xüsusən də Rusiya-Ermənistan münasibətlərinin yüksək təcəssümü nəzərə alınmaqla, bu, görüş son dərəcə vacibdir”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*