Kürdəmirdə güclü yağış həyatı iflic etdi – VİDEObackend

Kürdəmirdə güclü yağış həyatı iflic etdi - VİDEO

Kürdəmirdə yağan güclü yağış həyatı iflic edib.

KONKRET.az xəbər verir ki, bu gün axşam saatlarında bir neçə saat davam edən güclü leysan yağışları rayonun bir neçə küçə və prospektlərində gediş-gəlişi məhdudlaşdırıb.

Bu vəziyyət rayonun Bakı və Heydər Əliyev prospektlərində, eləcə də Xanlar Səfərəliyev, Şəhriyar küçələrində özünü daha çox büruzə verir. Adı çəkilən küçələrdə vəziyyət daha da ağırdır. Belə ki, yağış suları istər avtomobillərin, istərsə də piyadaların hərəkətinə əngəl yaradır.

Hazırda aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub, yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*