Qurbağa ətini yeyənlər OXUSUN: Bu xəstəliklərə yoluxa bilərsinizbackend

Qurbağa ətini yeyənlər OXUSUN: Bu xəstəliklərə yoluxa bilərsiniz

Qurbağa əti bəzi dünya mətbəxlərində delikates sayılır və sağlamlıq baxımından faydalı xüsusiyyətləri ilə seçilir. Lakin İslam dinində bu ətin yeyilməsi haram hesab olunur və bu məsələ həm tibbi, həm də dini cəhətdən mübahisə mövzusudur.

Bəs, qurbağa əti yeyilməlidir?

Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov KONKRET.az-a açıqlmasında bildirib ki, qurbağa əti aşağı yağlı və yüksək zülallı bir qida növüdür.

Qida eksperti: Qida tələbatının artması şəhərdə restoranların da çox olmasi ilə nəticələnir

“Tərkibində Omega-3 yağ turşuları, kalium, fosfor, A və D vitaminləri olduğu üçün bəzi hallarda sağlamlıq üçün faydalı hesab olunur. Həzm sisteminə asan təsir etdiyi üçün bu ət növü xüsusilə Çin və Fransız mətbəxlərində geniş yayılıb”.

Ekspert qeyd edir ki, bəzi risklər də mövcuddur.

“Qurbağaların təmiz olmayan suda yaşaması nəticəsində parazit və toksin riski artır. Əgər qurbağa əti düzgün bişirilməzsə və ya vəhşi təbiətdən toplanan qurbağalar istifadə olunarsa, salmonella, parazitlər və digər yoluxucu xəstəliklərə səbəb ola bilər. Eyni zamanda, bəzi qurbağa növlərinin dərisində zəhərli maddələrə rast gəlinir ki, bu da əlavə təhlükə yaradır”.

Fərid Səfərov vurğulayır ki, dini baxımdan isə qurbağa əti əksər İslam alimləri tərəfindən haram sayılır.

“Qurani-Kərimdə qurbağa ətindən birbaşa bəhs edilməsə də, Məhəmməd Peyğəmbərin (s.ə.s) bir hədisinə əsasən, qurbağaların öldürülməsi qadağandır. Alimlərin fikrincə, əgər bir heyvanın öldürülməsi haramdırsa, onun yeyilməsi də haramdır. Bundan əlavə, qurbağa həm su, həm də quruda yaşayan amfibiya olduğu üçün bəzi fiqh alimləri onu “iki həyatlı heyvan” kateqoriyasına daxil edir və bu səbəbdən də istifadəsini qadağan olunur”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*