“Real Madrid” futbol klubunun sponsorlarından olan BMV şirkəti klubun hər bir futbolçusuna yeni model avtomobillər hədiyyə edib.
KONKRET.az xəbər verir ki, klub üzvlərinə verilən avtomobillər elektriklə işləyir.
Hədiyyə alan futbolçular arasında Türkiyə yığmasının gənc ulduzu Arda Gülər də var.
Ardanın seçdiyi lüks avtomobilin qiyməti Türkiyədə təxminən 13 milyon lirədir (təxminən 528 min manat).