Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı onunla görüşməyib.
KONKRET.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, xüsusi xidmət orqanları arasında təmaslar qapalı xarakter daşıyır və onların mümkün danışıqlara təsiri konkret təkliflərdən asılıdır.
Kremlin sözçüsü həmçinin Putinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşünün Retkliffin Moskvaya səfəri ilə əlaqəli olmadığını vurğulayıb.
Günay Əli
KONKRET.az
