“Tramp və Putin arasında görüş müharibənin sona çatması ilə bağlı razılaşmada irəliləyiş olmadan mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio deyib.
O bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında mümkün görüş tamamilə Ukrayna üzrə sülh danışıqlarının gedişindən asılıdır və onun nə vaxt baş tutacağı hələlik məlum deyil.
“Belə görüşlər asanlıqla keçirilmir. Biz bilməliyik ki, nə müzakirə olunacaq və hansı nəticələr gözlənilə bilər. Görüşün vaxtı isə əsasən münaqişəyə son qoymaq üçün irəliləyişə nail olub-olmamaqdan asılıdır”.
Onun sözlərinə görə, ABŞ Rusiya ilə sülh danışıqlarına hazır olub-olmadığını anlamaq üçün birbaşa dialoqu bərpa edib.
“ABŞ Ukraynada müharibəni dayandırmaq üçün birtərəfli qərar qəbul etməyəcək və bu məsələ ilə bağlı Avropa İttifaqındakı tərəfdaşları ilə əlaqə saxlayacaq. Həmçinin Kiyevlə əlaqə saxlanılır.
“Rusiya onların (Ukraynanın – red) razılığı olmadan atəşkəs müqaviləsi bağlaya bilməz. Həmçinin biz Avropanın iştirakı olmadan sanksiyaları ləğv edə bilmərik. Prosesdə hər kəs iştirak etməlidir. Rusiya ilə danışıqlar zamanı ABŞ Moskvaya qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Kremlin Kiyevdən tələb etdiyi ərazi güzəştləri məsələsinin müzakirəsini aparmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az