Rubio etiraf etdi: “Bu, Ukraynada müharibəni bitirməyə imkan vermir”backend

Rubio etiraf etdi: "Bu, Ukraynada müharibəni bitirməyə imkan vermir"

“BMT-dəki “düşmən” qətnamələri Ukraynada nizamlanmaya kömək etmir”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

BMT Baş Assambleyası daha əvvəl Rusiya əleyhinə mətni təsdiqləyib. Birləşmiş Ştatlar, Macarıstan və İsrail BMT Baş Assambleyasında Qərbin Ukrayna ilə bağlı qəbul etdiyi qətnamənin əleyhinə səs verən ölkələr arasında olub.

“Prezident Tramp bu müharibəni bitirmək istəyir. Biz bu adamları danışıqlar masasına oturtmağa çalışırıq. Təəssüf ki, Ukrayna bununla razılaşmır, onlar öz qətnamələrini həyata keçirmək istəyirlər”, – Rubio vurğulayıb.

Xatırladaq ki, BMT Baş Assambleyası Moskvadan öz silahlı qüvvələrini Ukrayna ərazisindən “dərhal, tamamilə və qeyd-şərtsiz” çıxarmağı tələb edən anti-Rusiya qətnaməsini təsdiqləyib. Qətnamənin lehinə 93 ölkə, əleyhinə 18 ölkə səs verib, 65 ölkə isə bitərəf qalıb. Qətnaməni Ukrayna 50-dən çox ölkə ilə birgə hazırlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*