Rusiya və Ukrayna 390 nəfəri əhatə edən əsir mübadiləsi apardıbackend

Rusiya və Ukrayna 390 nəfəri əhatə edən əsir mübadiləsi apardı

Rusiya Müdafiə Nazirliyi Rusiya və Ukrayna arasında əsir mübadiləsinin baş tutduğunu açıqlayıb. Məlumata əsasən, hər iki tərəf 390 nəfəri qarşılıqlı olaraq bir-birinə təhvil verib.

KONKRET.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Ukrayna tərəfindən Rusiyaya ümumilikdə 270 hərbçi və 120 mülki şəxs, o cümlədən Kursk vilayətinin dinc sakinləri qaytarılıb.

Eyni qaydada, Rusiya da Ukraynaya 270 Ukrayna Silahlı Qüvvələri hərbçisini və 120 sadə vətəndaşı təhvil verib.

Ukrayna tərəfi isə hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*