Rusiyanın Tomsk vilayətində yerləşən Strejovoy şəhərinin meri şikayətlənib ki, yerli sakinlər müqavilə imzalamaq üçün Xantı-Mansiyskə üz tuturlar. Səbəb isə ödənişlər arasındakı fərqdir – XMAO-da hərbi kontraktçılara 3,2 milyon rubl, Tomsk vilayətində isə cəmi 1 milyon rubl verilir.
KONKRET.az xəbər verir ki, mer bu fərqi kompensasiya etmək əvəzinə insanlara belə deyib: “Əsas olan pul deyil. Gedin, vətəninizin övladları ilə birlikdə ölün.”
Müşahidəçilərin sözlərinə görə, bu, Rusiyada “ölüm ideyasının” nə qədər deqradasiyaya uğradığını göstərir. Artıq hərbi xidmət “ölüm müqaviləsinə” çevrilib, bölgələr arasında isə “ucuz ölüm” və “bahalı ölüm” kimi qiymətləndirmə aparılır. Amma nəticə dəyişmir – mer özü onlarla dəfn mərasimində iştirak edib.
Natiq Səlim,
KONKRET.az