Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistana 1 nömrəli təhlükədir – Erməni ekspert – VİDEObackend

Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistana 1 nömrəli təhlükədir - Erməni ekspert - VİDEO

“Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ölkənin suverenliyinə təhlükədir”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu fikirləri Ermənistan televiziyasında canlı yayımda erməni ekspert səsləndirib.

Son günlər Ermənistan media məkanında Rusiyanın Gümrüdə yerləşən102-ci hərbi bazasının legitimliyi və məqsədəuyğunluğu məsələsi aktiv şəkildə müzakirə olunur.

Bu dəfə isə erməni ekspert bəyan edib ki, Rusiya bu hərbi baza ilə öz hərbi-siyasi məsələlərini həll edir, Ermənistanın heç bir problemini həll etmir.

“Qarabağ müharibəsi zamanı biz bütün bunları öz gözümüzlə gördük, bu baza bizə ancaq baş ağrısıdı”, – deyə ekspert vurğulayıb.

Ekspertin fikrincə, Rusiyanın Ermənistandakı bazası, ilk növbədə, ölkənin suverenliyinə təhlükədir. Rusiyanın buna münasibəti necə olacaq, maraqlıdır…

Canlı yayımdan həmin hissəni təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*