Belarusla sərhəddə Polşa təhlükəsizlik qüvvələrinə hücum: Yaralılar varbackend

Belarusla sərhəddə Polşa təhlükəsizlik qüvvələrinə hücum: Yaralılar var

Belarusla sərhəddə naməlum şəxs Polşa Sərhəd Mühafizəsinin əməkdaşına və Polşa ordusunun əsgərinə hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsinin məlumatında deyilir.

Dünən, mayın 1-də Polşa patrulları iki dəfə hücuma məruz qalıb. Hücumların birində Sərhəd Mühafizəsinin zabiti üzündən daşla yaralanıb və ona tibbi yardım göstərilib.

Bundan əvvəl Belarus sərhədçiləri polyakların qaçqınlara qarşı qeyri-insani münasibətindən şikayət etmişdilər. Belə ki, mart ayında Polşa ilə sərhəddə tanınmaz halda olan miqrantın meyiti tapılıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*