Rütte: “Putin İstanbul danışıqlarına ciddi nümayəndə göndərmədi”backend

Rütte: “Putin İstanbul danışıqlarına ciddi nümayəndə göndərmədi”

NATO-nun yeni baş katibi Mark Rütte İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarına toxunaraq Rusiya tərəfini tənqid edib.

KONKRET.az xəbər verir ki, Rütte həmin danışıqlarda Rusiya nümayəndə heyətinin başında keçmiş mədəniyyət naziri, tarixçi Vladimir Medinskinin olduğunu xatırladıb.

“Putin danışıqlara ciddi insanlar göndərmədi. Mən yaxşı xatırlayıram, biz birgə ukraynalılara təzyiq etdik ki, danışıqlara ciddi nümayəndə heyəti göndərsinlər. Onlar da elə etdilər. Amma ruslar gəlib, 1250-ci ildən Rusiya tarixini izah etməyə başlayan bir tarixçi gətirdilər”, – deyə Rütte bildirib.

Onun sözlərinə görə, bu yanaşma Moskvanın o dövrdə danışıqlara ciddi yanaşmadığını açıq göstərirdi və bu, prosesə inamı sarsıdan əsas səbəblərdən biri olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*