Saakaşvilidən ŞOK AÇIQLAMA: Ermənistan artıq Türkiyə ilə sülh sazişi imzalayıbbackend

Saakaşvilidən ŞOK AÇIQLAMA: Ermənistan artıq Türkiyə ilə sülh sazişi imzalayıb

Ermənistan Türkiyə ilə sülh sazişini artıq imzalayıb və yaxın zamanlarda sərhədin açılması, eləcə də Ankarada Ermənistan səfirliyinin fəaliyyətə başlaması gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili açıqlama verib. Onun sözlərinə görə, İrəvan təkcə Ankara ilə münasibətləri normallaşdırmağa çalışmır, eyni zamanda Rusiya qoşunlarının ölkədən çıxarılması tələbi ilə çıxış edir.

“Ermənistan faktiki olaraq Rusiyanı sıxışdırır və bölgədə yeni geosiyasi kurs götürür. Türkiyə ilə münasibətlər rəsmiləşdirilir, sərhəd açılır və artıq diplomatik nümayəndəlik qurulur,” – deyə Saakaşvili vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*