Sabirabad sakini bıçaqlanıb – YENİLƏNİBbackend

Sabirabad sakini bıçaqlanıb - YENİLƏNİB

Sabirabadda baş verən bıçaqlanma ilə bağlı bir nəfər saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a bildirilib.

Məlumata görə, dünən saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib. M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

28 mart, 23:05

Sabirabadda 27 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, hadisə Sabirabad şəhərində baş verib.

Belə ki, Sabirabad şəhər sakini, 1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*