Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyevanın səlahiyyət müddəti başa çatır.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, S.Əliyevanın səlahiyyət müddəti 2026-cı ilin noyabrında bitəcək. Bu tarixə bir neçə ay qalmış prosesə start verilir, namizəd kadrlar müəyyənləşir. Gələn il Ombudsman Aparatında köklü kadr dəyişikliyi gözlənilir.
Qeyd: Səbinə Əliyeva ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə Ombudsman seçilib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun müvəkkilin səlahiyyət müddəti barədə 4-cü maddəsinin 1-ci bəndinə əsasən isə, müvəkkil 7 il müddətinə seçilir.