Prezident seçkilərində qalib gəlsəm, ABŞ-da yeni raketdən müdafiə sistemi yaradacam.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.
Tramp Floridada çıxış edərək, amerikalıları “xaricdən gələn təhdidlərdən” qorumaq üçün “ən müasir raketdən müdafiə sistemi” quracağını bildirib. O qeyd edib ki, Floridanın kosmik sənayesi bunda mərkəzi rol oynayacaq.
“Dünyanın ən yaxşı texnologiyasına sahibik və biz ölkənin ətrafında bir günbəz tikəcəyik və özümüzü bizə atəş açmağa başlamaq istəyən hansısa manyakdan xilas edəcəyik”, – Tramp deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
