Şəkidə nənə və nəvə dəm qazından zəhərləndibackend

Şəkidə nənə və nəvə dəm qazından zəhərləndi

Şəkidə 2 nəfər dəm qazından zəhərlənib.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Oxud kəndində baş verib.

Kənd sakinləri – 1955-ci il təvəllüdlü Validə Nəsib qızı Məmmədova və onun nəvəsi – 2012-ci il təvəllüdlü Aydan Marif qızı Məmmədli yaşadıqları evin hamam otagında dəm qazından zəhərləniblər. Nənə və nəvə təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda V.Məmmədova və A.Məmmədlinin müayinə və müalicəsi xəstəxanada davam etdirilir./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*