Şəmkirdə 25 yaşlı qadını avtomobil vuraraq öldürdübackend

Şəmkirdə 25 yaşlı qadını avtomobil vuraraq öldürdü

Şəmkirdə 25 yaşlı qadını avtomobil vuraraq öldürüb.

KONKRET.az-ın məlumatına görə, atası ilə birgə yolu qarşı tərəfə keçmək istəyən, 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı avtomobil vurub. O, aldığı xəsarətdən komaya düşüb və ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü isə avtomobili ilə ərazidən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*