Şəmkirdə evdə qadın meyiti aşkarlandıbackend

Şəmkirdə evdə qadın meyiti aşkarlandı

Şəmkir rayonun Zəyəm Cırdaxan kənd sakini, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə üzərində xəsarət əlamətləri olan meyiti aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov KONKRET.az-a bildirib ki, dərhal Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib.

Faktla bağlı polis əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*