Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏbackend

Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏ

Avropa İttifaqı (Aİ) Şurası Şengen vizası almaq istəyən şəxslərin onlayn müraciətinə imkan yaradan yeni qaydalar qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat dərc olunub.

Yeni qaydalara əsasən, viza üçün müraciətlər vahid Aİ viza müraciət platforması üzərindən qəbul ediləcək və hazırkı viza stikeri kriptoqrafik qaydada imzalanmış barkodla əvəz olunacaq.

Platformada Şengen vizası üçün müraciət edən şəxslər zəruri bütün məlumatları daxil edə, səyahət və müşayiətedici sənədlərin elektron surətlərini sistemə yükləyə və viza rüsumlarını ödəyə biləcəklər.

Həmçinin, ərizəçilər viza müraciətlərinə cavabı da eyni platformadan bildiriş şəklində ala biləcəklər.

Bildirilib ki, yeni qaydalar viza platforması və rəqəmsal viza üzərində texniki işlər tamamlandıqdan sonra tətbiq olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*