“Qırmızı xətlər barədə söhbətə son verin, Rusiya bunu çoxdan keçib”.
KONKRET.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
O bildirib ki, müttəfiq ölkələr uzaqmənzilli raketlərdən Rusiya ərazisində istifadəsi üçün Ukraynaya qoyulan qadağa götürülməlidir:
“Təklif edirəm ki, qırmızı xətlər haqqında müzakirəyə son qoyaq. Ən vacib qırmızı xətlər keçilib, ruslar Ukrayna ərazisinə girib. Bu məhdudiyyətin aradan qaldırılmasını tələb edirəm”.
Xatırladaq ki, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar müttəfiq ölkələrdən, xüsusilə də ABŞ-dən sözügedən qadağanın götürülməsini istəyiblər.
Məlik,
KONKRET.az