Bu il üçün 1 000-dən çox tələbə köçürülməsi oldubackend

Bu il üçün 1 000-dən çox tələbə köçürülməsi oldu

2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi prosesi yekunlaşıb.

Bu barədə KONKRET.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib. Sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb.

Qeyd edək ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.

Ümumilikdə 2 575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1 054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*