İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraillə baş vermiş son gərginlik fonunda 56 hərbçisinin həlak olduğunu açıqlayıb.
KONKRET.az bildirir ki, bu barədə məlumat rəsmi kanallar vasitəsilə yayılıb.
Bildirilib ki, ölənlər arasında yüksək rütbəli zabitlər də var.
SEPAH rəhbərliyi itkilərin müqəddəs sayıldığını və “İslam torpaqlarının müdafiəsi” naminə baş verdiyini vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az