Silahlı yeniyetmə hava limanına basqın etdi – TƏYYARƏ TƏLƏB ETDİbackend

Silahlı yeniyetmə hava limanına basqın etdi - TƏYYARƏ TƏLƏB ETDİ

ABŞ-da silahla yeniyetmə hava limanına basqın edərək təyyarə tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə Metro nəşri yazıb.

Mənbə qeyd edir ki, 15 yaşlı yeniyetmə Arkanzas ştatının Texarkana bölgəsindəki hava limanında pulemyot və tapança ilə binaya basqın edərək və təyyarə verilməsini tələb edərək qalmaqal yaradıb.

Yeniyetmə binadan çıxarkən şəxsi təyyarənin pilotu ilə qarşılaşıb. Pilot təhlükəni görüb və öz odlu silahını çıxararaq təcavüzkarın yerə uzanmasını əmr edib.

Məktəbli tələbi yerinə yetirib, bundan sonra tərksilah edilib və saxlanılıb.

Yerli sakin olmayan yeniyetmənin kimliyi hələlik açıqlanmayıb. O, birinci dərəcəli terror təhdidində, ağır hücum və qəsdən quldurluğa cəhddə ittiham olunur. O, yetkinlik yaşına çatmayanlar üçün təcridxanaya göndərilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*