Simonyan sirləri açdı: Separatçı Samvel Şahramanyan Qarabağı tərk edərək Ermənistana necə gəlib?backend

Simonyan sirləri açdı: Separatçı Samvel Şahramanyan Qarabağı tərk edərək Ermənistana necə gəlib?

Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan dünənki qalmaqallı “Qarabağ erməniləri qalmalı və döyüşməli idi” bəyanatlarını yumşaltmağa çalışsa da, heç kimdən üzr istəmək niyyətində olmadığını deyib.

KONKRET.az xəbər verir ki, Simonyan sözlərinin Qarabağ ermənilərinə deyil, konkret şəxslərə ünvanlandığını bildirib.

“Konkret şəxslərə dedim, fikirlərim Qarabağ ermənilərinə aid deyildi”, – Simonyan vurğulayıb.

Eyni zamanda, Simonyan əlavə edib ki, Ermənistan döyüşüb və Qarabağ ermənilərinə (separatçılar – red) lazımi silah və dəstək verib.

Simonyandan dediyi sözlərə görə üzr istəməsini tələb edən separatçı Samvel Şahramanyana spiker belə cavab verib:

“O, öz mühafizəçiləri ilə Qarabağı necə tərk edə bildi, necə oldu ki, bura gəlib çıxdı? Öncə bu suallara cavab versin. Parlamentdə məktub şöbəsi var, mənimlə əlaqə saxlaya bilər, müraciəti nəzərdən keçirəcəm”, – deyə Simonyan bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*