Siyəzəndə baş verən qəzada ölənlərin sayı 4-ə çatdı – YENİLƏNİBbackend

Siyəzəndə baş verən qəzada ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB

Siyəzən rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.

KONKRET.az-ın məlumatına görə, rayon sakini, “Audi” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

15:16

Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*