Son 19 gündə 9 qadın qətlə yetirilibbackend

Son 19 gündə 9 qadın qətlə yetirilib

Bu ay ərzində Azərbaycanda 9 qadın qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova paylaşım edib.

O bildirib ki, fevralın 1-dən 19-a qədər ölkədə aşağıdakı qadın qətlləri baş verib:

– 2 fevral. Bakıda 14 yaşlı Günay Şadatova anasının sevgilisi tərəfindən bıçaqlanaraq;

– 4 fevralda Şəmkirdə iki uşaq anası olan 28 yaşlı Qənirə Şərifova qardaşı tərəfindən bıçaqlanaraq;

– 6 fevralda Cəlilabadda 31 yaşlı Aysel Abbasova keçmiş əri tərəfindən bıçaqlanaraq;

– 10 fevralda Bakıda 46 yaşlı Solmaz Mansurova oğlu tərəfindən bıçaqlanaraq;

– 11 fevralda Binə qəsəbəsində 55 yaşlı Pakizə Məmmədova əri tərəfindən bıçaqlanaraq;

– 16 fevralda Yevlaxda 20 yaşlı Başxanım Salmanova odlu silahla;

– 19 fevralda Sumqayıtda 28 yaşlı Samirə Məmmədzadə əri tərəfindən kəsici-deşici alətlə;

– 19 fevralda Tərtərdə 42 yaşlı Gülnar Məmmədova əri tərəfindən kəsici deşici alətlə;

– 19 fevralda Abşeronda 49 yaşlı Mehriban Hüseynzadə oğlu tərəfindən bıçaqlanaraq.

Qeyd edək ki, qətllərin əksəriyyətinin ailə üzvləri tərəfindən törədilməsi diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*