SON DƏQİQƏ! Türkiyədə güclü YANĞIN BAŞLADI backend

SON DƏQİQƏ! Türkiyədə güclü YANĞIN BAŞLADI 

Türkiyənin İzmir şəhərinin Foça rayonunda yerləşən Gerenköy ərazisində saat 14:30 radələrində bilinməyən səbəbdən tarım sahəsində yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, alovlar yaxınlıqdakı ərazilərə də yayılıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra, İzmir Meşə Regional İdarəsinə aid 2 təyyarə, 5 helikopter, 20 yanğınsöndürən maşın, 5 su təminat vasitəsi və 1 buldozer dərhal yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınla həm hava, həm də qurudan mübarizə davam edir və vəziyyətin nəzarətdə saxlanılması üçün tədbirlər görülür.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*