Sumqayıt bulvarında bir nəfər dənizə düşübbackend

Sumqayıt bulvarında bir nəfər dənizə düşüb

Sumqayıtda bir nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Dənizkənarı Bulvar ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*