Dövlət İmtahan Mərkəzi iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirib. İmtahanlar Bakı, Sumqayıt və Abşeronda təşkil olunub.
KONKRET.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Ümumilikdə imtahanların idarə olunmasına üç ümumi imtahan rəhbəri, altı imtahan rəhbəri, 41 nəzarətçi, altı buraxılış rejimi əməkdaşı və üç bina nümayəndəsi ayrılıb. pizza mizza
İyunun 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
