Suriyada qanlı döyüşlər gedir: Kim qalib gələcək?backend

Suriyada qanlı döyüşlər gedir: Kim qalib gələcək?

Suriyanın cənubunda atəşkəs razılaşması əldə olunduğu barədə xəbərlərə baxmayaraq, bölgədə qanlı toqquşmalar davam edir.

KONKRET.az xəbər verir ki, Yaxın Şərq mövzuları üzrə ixtisaslaşmış Teleqram kanallarının yaydığı məlumata görə, Əs-Suveyda əyalətində Suriya hökumətinin dəstəklədiyi silahlı qruplarla druz birləşmələri arasında şiddətli döyüşlər baş verir.

Bildirilib ki, Suriya hökumətinin dəstəklədiyi qəbilə qüvvələri Suveyda şəhərinə hücum etməyə çalışır. Hazırda şəhər yaxınlığında bədəvi qəbilə qrupları ilə druz qüvvələri arasında silahlı qarşıdurmalar davam edir.

Qeyd edək ki, bir gün əvvəl tərəflər arasında atəşkəs barədə razılıq əldə edildiyi iddia olunmuşdu. Türkiyə mediasının təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yaydığı xəbərə görə, Ankara bu atəşkəsin əldə olunmasında mühüm rol oynayıb. Lakin bölgədən gələn son məlumatlar razılaşmanın uzunmüddətli olmadığına işarə edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*