Suriyada zəlzələdə ölənlərin sayı ARTDI – YENİLƏNİBbackend

Suriyada zəlzələdə ölənlərin sayı ARTDI - YENİLƏNİB

Suriyada episentri Türkiyənin Kahramanmaraş bölgəsi olan dağıdıcı zəlzələlərin qurbanlarının sayı 1602 nəfərə çatıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.

Onun sözlərinə görə, daha 3649 nəfər yaralanıb.

Məlumata görə, zəlzələnin təsir etdiyi bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam edir.

O, hazırda yüzlərlə insanın itkin düşdüyünü əlavə edib. Hansenin sözlərinə görə, qurbanların sayının kəskin şəkildə artacağı gözlənilir.

Hansen həmçinin Suriyada ən azı 4 min ailənin evlərini itirdiyini, 50 minə yaxın ailənin isə köməyə ehtiyacı olduğunu bildirib.

14:57

Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 500-ü keçib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 3 548 nəfər yaralanıb və 175 bina uçub.

Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

***

09:27

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1444-ə çatıb.

KONKRET.az xəbər verir ki, təbii fəlakət nəticəsində ölkədə su böhranı daha da kəskin hal alıb.

Qeyd edək ki, son məlumatda Suriyada 1060 nəfərin həlak olduğu bildirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*