Tacikistan-Çin sərhədində 7,2 bal gücündə ZƏLZƏLƏ OLDUbackend

Tacikistan-Çin sərhədində 7,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Tacikistan-Çin sərhədində zəlzələ baş verib.

KONKRET.az  “Kommersant“a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Tacikistan ərazisində 10 km dərinlikdə yerləşib və maqnitudası 7,2 bal olub.

Dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də Tacikistan-Çin sərhədində güclü zəlzələ qeydə alıb.

Mərkəz əvvəlcə onun maqnitudasını 7,1 hesablasa da, sonradan bu rəqəmi 6,8-ə endirib.

Məlumata görə, yeraltı təkanların ocağı 20 km dərinlikdə, Tacikistanın Murqab kəndindən 66 km, Oş şəhərindən isə 272 km aralıda yerləşib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*