İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin İranın liderlik kompleksinə zərbə endirildiyini açıqlayıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Kanal 12” məlumat yayıb.
Bildirilib ki, kəşfiyyatın yönləndirməsi ilə keçirilən əməliyyat çərçivəsində Tehranın mərkəzində rejimin liderlik kompleksindəki binalara hücum edilib.
Vurulan obyektlər bunlardır:
– İran Prezident Administrasiyasının binası;
– Ali Milli Təhlükəsizlik Şurasının binası;
– Rejimin təhlükəsizlik qərarları qəbul etmək səlahiyyətinə malik qurumunun toplantı kompleksi;
– İran zabitlərinin hazırlandığı müəssisə və digər mühüm infrastruktur obyektləri.
Qeyd edək ki, İran Prezident Administrasiyasının binasına zərbə zamanı Prezident Məsud Pezeşkianın ofisdə olub-olmaması barədə məlumat verilməyib.
Xatırladaq ki, bir qədər əvvəl “Kanal 12” ABŞ-ın Pezeşkianı hədəf seçmədiyini açıqlamışdı.

