Süni intellektin arxasında gizlənən kimlərdir? – İLGİNC DETALLARbackend

Süni intellektin arxasında gizlənən kimlərdir? - İLGİNC DETALLAR

Texnologiyanın sürətli inkişafı fonunda süni intellekt artıq kino sahəsinə də daxil olub. Dünyanın müxtəlif ölkələrində AI alətləri ilə hazırlanmış qısa filmlər təqdim edilir və bu tendensiya getdikcə güclənir. Bəzi mütəxəssislər hesab edir ki, bu proses ənənəvi kino modelini kökündən dəyişə, hətta gələcəkdə yaradıcı insan faktorunu arxa plana keçirə bilər. Süni intellekt doğrudanmı bir gün kino sənayesini tam əvəz edəcək, yoxsa bu texnologiya sadəcə yeni bir alət olaraq qalacaq? Yaxud süni intellekt vasitələrindən kinoda istifadə etməklə, filmlərdə bir süniləşmə yarana bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən rejissor Amil Amal bildirib ki, mən kifayət qədər süni intellektdən öyrənirəm. Onun imkanlarından müsbət tərəfdən yararlanmağa da çalışıram.

Amil Amalın sözlərinə görə, elə nüanslar var ki, orada buna qətiyyən imkan vermirəm. Daha doğrusu, süni intellektin o imkanları yoxdur. Hal-hazırda süni intellekti daha dərindən öyrənmək kimi bir məqsədim var. Çünki elə ideyalarım var ki, onu məhz süni intellektlə yarada bilərəm.

“Xüsusi animasiya filmləri düşünmüşəm ki, onları bir kadra mən çəkə bilərəm. Və bunu mənim realda texniki baxımdan reallaşdırmağım çox çətindir. Amma süni intellektin alətləri ona imkan verir ki, mən həmin filmi çəkə bilim. Söhbət qısa filmdən gedir.

“Ona görə də bunu çox məqbul qarşılayıram. Amma deyim ki, bəzi insanlar özünü daha çox professional göstərmək üçün süni intellektin arxasında gizlənmək cəhətləri var. Bunlar hamısı açıq-aşkar görünür. Və kütləvi şəkildə üzə çıxacaq. A. Tarkovski tez-tez qeyd edib ki, “texnologiyanın demokratikləşməsi insanları sənətkar etmir”. Çünki əsl kino, yaradıcı baxış, mənəvi məsuliyyət və zamanla kinoya münasibət zəhmət tələb edir. Mən də inanmıram ki, bu dediklərim kütlədə ola”, — deyə rejissor əlavə edib.

“Tarkovskinin xüsusən bu fikri var ki, “vaxt gələcək hamının əlində kamera olacaq, ancaq heç kəs kinematoqraf olmayacaq. Çünki kamera çəkmək imkanı yaradır, amma görmək qabiliyyəti yaratmır”. Baxış çox önəmlidir. Alətlər insanlara kinoya yaxınlaşmağı, özlərini orada hiss elətdirməyi daha da asanlaşdıracaq. Amma bu o demək deyil ki, onlar kinematoqraf olacaqlar. Qələm veriləcək daha asan yaza biləcəklər, lakin şair olmayacaqlar. Necə ki, fotoqrafiya sənəti yarananda dedilər ki, “rəssamlıq öldü”, amma sübut olundu ki, yox, hal-hazırda fotoqrafiyada böyük bir sənədli, həmçinin paralel olaraq rəssamlıq özü böyük bir incəsənət növü olaraq qalır. Məncə, heç nə ölmür. Ona görə də yaranan yeni alətlər, yeni riçaqlar sadəcə olaraq hamıya daha çox əlçatanlıq qazandırıb. Amma hamı kinematoqraf olmayacaq. Sadəcə, süni intellektin olmağı professionalları daha da profesionallaşdıracaq. Yaradıcı adamlar bir az da tənbəl olurlar. Müəyyən texniki məsələləri həmişə bəzilərindən asılı vəziyyətə saldırır. Bu vəziyyətdən məncə professional insanlar daha yaxşı çıxa bilərlər. Bu alətlərdən istifadə edib daha çox ön plana çıxa bilərlər, nəinki kütlənin ön plana çıxması”, — deyərək Amil Amal sonda qeyd edib.

Dəniz Pənahova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*