“Xameneinin yerinə onlar seçiləcək” – MÜHÜM AÇIQLAMAbackend

"Xameneinin yerinə onlar seçiləcək" - MÜHÜM AÇIQLAMA

Əli Xamenei öldürüldükdən sonra İran İslam Respublikasında ali lider postu boş qalıb. Mövcud vəziyyət fonunda onun yerinə kimin gətiriləcəyi ilə bağlı müzakirələr intensivləşib. Bəs ölkənin yeni ali dini lideri kim olacaq? Bu vəzifəyə mərhum liderin oğlu gətirilə bilərmi?

Mövzu ilə bağlı politoloq Aydın Tağıyev KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə mürəkkəb və qarışıq siyasi situasiya hökm sürür.

“İran İslam Respublikasında ali dini liderin seçilməsi səlahiyyəti Ekspertlər Məclisinə məxsusdur və qərar məhz bu qurum tərəfindən verilir. Mərhum liderin oğlu Müctəba Xamenei son illər siyasi və dini dairələrdə müzakirə olunan fiqurlardan biri olsa da, onun seçiləcəyi inandırıcı görünmür. Çünki ondan daha yüksək dini nüfuza və statusa malik şəxslər var. Onların şansı daha realdır”.

Beləliklə, politoloqun qənaətinə görə, ali lider postuna Xameneinin oğlunun deyil, daha yüksək dini statusa malik ruhanilərdən birinin seçilməsi ehtimalı daha böyükdür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*