İrandan gətirilən qida və təmizlik məhsulları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİbackend

İrandan gətirilən qida və təmizlik məhsulları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

İrandan Azərbaycana idxal edilən məhsulların təhlükəsizliyi məsələsi son günlər müzakirə mövzusuna çevrilib. Bəs, İrandan gətirilən mallar təhlükəli hesab edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, mövcud vəziyyətdə xaricdən gətirilən istənilən məhsula qarşı daha diqqətli yanaşmaq vacibdir.

Özbaşına vitamin qəbulu zərərlidir? - Həkim DANIŞDI

Onun sözlərinə görə, xüsusilə qida və təmizlik məhsulları ilə bağlı ehtiyatlı olmaq lazımdır:

“Ümumilikdə hazırkı vəziyyətlə əlaqədar təbii ki, xaricdən gələn hər bir şeydən ehtiyatlı olmalıyıq. Bu, qidadır, qida məhsullarıdır, təmizlik vasitələridir. Gələn məhsullara qarşı diqqətli və məsuliyyətli yanaşma olmalıdır. Qida zəhərlənməsi riski hər zaman mövcuddur və məhsulların tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün təhlükə yarada bilər. Bu baxımdan, istehlakçılar məhsulların mənşəyinə, saxlanma şəraitinə və istifadə müddətinə xüsusi diqqət yetirməlidirlər”.

Günay Lətifova əlavə edib ki, şübhəli məhsullardan istifadə edilməməli, hər hansı narahatlıq yarandıqda isə dərhal həkimə müraciət olunmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*