Fransa, Britaniya hərbi bazasına dron hücumundan sonra Kiprə raket sistemləri, dron əleyhinə vasitələr və fregat göndərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Kipr Dövlət Yayım Xidməti məlumat yayıb.
Fransanın köməyi barədə məlumat Kipr Prezidenti Nikos Xristodulidis ilə Fransa lideri Emmanuel Makron arasında telefon danışığından sonra ortaya çıxıb.
Xristodulidis, bazaya dron hücumu barədə xəbərlər yayıldıqdan sonra Makrondan dəstək istəyib.
Fransa Prezidenti Kiprə raket sistemləri, dron əleyhinə vasitələr və bir fregat göndərməyi vəd edib. Daha bir hərbi gəmi isə sonradan göndəriləcək.
Xristodulidis həmçinin Almaniya Kansleri Fridrix Merzdən ada yaxınlığında bir fregat yerləşdirməsini xahiş edib. Almaniya hökumətinin başçısı Kiprə gəmi göndərməyə razılıq verib.
Müşviq Tofiqoğlu
KONKRET.az
