Bayram tonqalı yandıranlara XƏBƏRDARLIQ: Məsuliyyətə cəlb oluna bilərsinizbackend

Bayram tonqalı yandıranlara XƏBƏRDARLIQ: Məsuliyyətə cəlb oluna bilərsiniz

Novruz ərəfəsində qeyd olunan çərşənbələrdə tonqal qalamaq ənənəsi illərdir davam edir. Lakin hər il bu mərasimlər zamanı yanğın təhlükəsizliyi və inzibati məsuliyyət məsələləri də gündəmə gəlir. Bəs çərşənbə tonqalı qalamağın hüquqi məsuliyyəti varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, məsuliyyət məsələsi tonqalın harada və hansı şəraitdə qalanmasından asılıdır.

Böyük Dayağın qaloşları... - Vəkil Mehman Muradlı | sfera.az

Onun sözlərinə görə, məhəllə daxilində tonqal qalayarkən bütün təhlükəsizlik qaydalarına əməl olunursa, bu zaman hər hansı məsuliyyətdən söhbət gedə bilməz:

“Tonqal qalamağın məsuliyyəti onun harada qalanması ilə bağlıdır. Məhəllənin içində tonqal qalanırsa və bütün təhlükəsizlik məsələləri həll olunursa, bu halda hər hansı formada məsuliyyət yaranmır.

Yaşayış binalarının yaxınlığında, avtomobillərin park edildiyi ərazilərdə və ya yanğın təhlükəsi yaradan yerlərdə tonqal qalamaq isə inzibati məsuliyyətə səbəb ola bilər”.

Qeyd edək ki, mütəxəssis vətəndaşlara tonqal qalayarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi, azyaşlıları nəzarətsiz buraxmamağı və ətraf mühitə ziyan vurmamağı tövsiyə edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*