“Tələbəplus” kartı nəqliyyatda güzəştlər edəcək? – Rəsmi AÇIQLAMAbackend

“Tələbəplus” kartı nəqliyyatda güzəştlər edəcək? - Rəsmi AÇIQLAMA

Təhsilin İnkişafı Fondu (TİF) Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən yaradılacaq “TələbəPlus” kartları oktyabr ayından etibarən mərhələli şəkildə tələbələrə paylanacaq.

“TələbəPlus” kartları təhsilalanlara xüsusi keşbek, endirim və promokodlardan yararlanma imkanı yaradacaq.

Gələcəkdə bu kart tələbələrə nəqliyyatda güzəştlər edilməsini ehtiva edirmi?

KONKRET.az xəbər verir ki, azedu.az Təhsil Portalı mövzu ilə bağlı Təhsilin İnkişafı Fonduna (TİF) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirildi ki, hələ ki, bu barədə dəqiq məlumat yoxdur:

“Fond güzəştlər barədə müəyyən təkliflər siyahısı hazırlayıb. Buraya qurumlar, restoranlar, kafelər, geyim mağazaları, dəftərxanalar, əyləncə mərkəzləri, kinoteatrlar, teatrlar, eləcə də muzeylər daxildir.

Hazırda həm sadaladığımız qurum və şirkətlərlə görüşlər keçirilir, həm də nəqliyyatla bağlı təkliflər verilib, danışıqlar aparılır. Lakin hələ tam razılıq əldə edilməmiş hansısa qurumun adını çəkə bilmərik.

Oktyabr ayında həm universitetlərin tam siyahısı, həm də qurumların adları müəyyənləşəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*